Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri “Hüquq viktorinası”nda iştirak ediblər
Gömrük Akademiyasının tələbələri “Hüquq viktorinası”nda iştirak ediblər
Hüquqi biliklərin təbliği, gənc hüquqşünasların təhsilinə, onlarda hüquqşünaslıq ixtisası üzrə ilkin peşə vərdişlərinin formalaşdırılmasına töhfə verilməsi məqsədilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində hüquq fakültələrində təhsil alan tələbələr arasında “Hüquq viktorinası” adlı müsabiqə keçirilib. Müsabiqədə digər 3 ali təhsil müəssisəsinin tələbələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri də iştirak ediblər.
Müsabiqənin ilk mərhələsində ali təhsil müəssisələrinin 5 tələbəsindən ibarət komandaları arasında olduqca maraqlı yarışma aparılıb. Konstitusiya, Cinayət hüququ və Cinayət-prosessual hüquq fənləri üzrə, habelə dünyagörüşünü müəyyənləşdirən mövzulara aid suallar kollektiv şəkildə məşvərət aparılmaqla cavablandırılıb.
Ali təhsil müəssisələrinin komandaları arasında aparılan yarışmada Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası III yerə sahib olub.
Cavabların qiymətləndirilməsi isə Mərkəzin rəis müavini Talıb Cəfərov, şöbə rəisi Nigar Qələndərli və Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquq və humanitar elmlər” kafedrasının baş müəllimi Şahin Hüseynov da daxil olmaqla müsabiqədə iştirak edən digər ali təhsil müəssisələrinin alimlərindən ibarət münsiflər heyəti tərəfindən həyata keçirilib.
Müsabiqənin növbəti mərhələsində isə komandaların kapitanları arasında yarışma davam etdirilib.